Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon icra hakimiyyəti və Təhsil şöbəsi ilə bağlı dərc olunan yazılara münasibət bildirir.
Goranboy rayon İcra Hakimiyyəti bildirir ki, bəzi internet saytlarında Goranboy rayon İcra hakimiyyəti və Təhsil şöbəsi barəsində, 3 dəfə dələduzluqda cinayət məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb olunmuş Eminov Neman Bayram oğlunun yalançı və məkrli məqsədlərə xidmət edən, həqiqəti əks etdirməyən fikirləri yer alır.
Məlumat üçün bildiririk ki, Eminov Neman Bayram oğlunun Gəncə Müəllimlər İnstitutunu bitirməsi barədə diplomunun, Təhsil Nazirliyinin müvafiq məktubu əsasında Dövlət nümunəli olmadığı müəyyən edilmişdir.
Goranboy rayonu Qızılhacılı qəsəbə 1 saylı tam orta məktəbin informatika müəllimi vəzifəsinə Eminov Neman Bayram oğlu ilə baglanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən, 01 noyabr 2013-cü il tarixli, 78 nömrəli Əmr ilə xitam verilmişdir.
N.Eminov dəfələrlə RİH-də qəbul olunmuş, müvafiq işlə təmin olunması məqsədi ilə, aidiyyəti üzrə rayon Məşğulluq Mərkəzinə müraciət etməsi ona izah və tövsiyyə edilmişdir.
Əslində, Qızılhacılı qəsəbə sakini,1985-ci il təvəllüdlü Eminov Neman Bayram oğlu, dələduzluq əməllərinə görə dəfələrlə cinayət məsuliyyətinə cəlb olunmuşdur:
1. Cinayət işi - 178.2.4.69.4 (Dələduzluq) - Qazax rayon məhkəməsi - 1000 manat cərimə - 28.08.2012.
2. Cinayət işi -178.2.2,178.2.4 (Dələduzluq)-Goranboy rayon məhkəməsi - 4 il həbs - 23.06.2014.
3. Cinayət işi - 178.2.2, 69.3 (Dələduzluq)-Goranboy rayon məhkəməsi -2 il 5 ay həbs - 31.07.2019
Eminov Neman Bayram oğlu yenə də öz köhnə və dırnaqarası ənənəvi əməllərini davam etdirərək, rayonda vəzifəli şəxsləri şantaj və hədələməklə öz qanunsuz və haqsız tələblərinə nail olmağa çalışır. Bu cür əsasız yazılar rayonun rəhbər şəxslərinə qarşı qarayaxma və şər kompaniyasının aparılması cəhdlərinə xidmət edir.
Goranboy rayon İcra Hakimiyyəti və bütün rayon ictimaiyyəti bu cür xoşagəlməz və əsassız halları qəti sürətdə pisləyir, bu cür halların həqiqəti əks etdirmədiyini bildirir.