Goranboy rayon İcra Hakimiyyəti bəzi internet saytlarında rayon barədə yer alan əsassız və böhtanxarakterli videomüraciətlə bağlı münasibət bildirir.
Bildirir ki, mövcud internet resurslarında yalançı və məkrli məqsədlərə xidmət edən bəzi internet saytlarıında “Goranboy sakinindən icra başçısının müavininə İTTİHAM - 2000 manat borcu var, pulumu qaytarmır... “ başlıqlı yerləşdirilmiş videomüraciətdə, Goranboy rayon İcra Hakimiyyəti Başçısının müavini Vahid Əliyevin dələduzluq yolu ilə, işə düzəltmək adı ilə, rayon sakini Əliyev Kənan Rafiq oğlundan 2000 (iki min) manat rüşvət aldığı bildirilir. Əslində isə, Goranboy rayon İcra Hakimiyyətində Vahid Əliyev adlı müavin işləmir, ümumiyyyətcə bu adlı şəxs yoxdur. Goranboy rayon İcra Hakimiyyəti bu cür savadsız və əsassız yazıları və videomaterialları dərc edən, yayımlayan bəzi saytlara öz ciddi iradını və təəssüfünü bildirir və bu cür əsasız halları qəti sürətdə pisləyir.