Goranboy rayon İcra Hakimiyyəti başçısının vətəndaş qəbulunda edilən müraciət həll olundu
04 avqust 2026 | 15:40
Goranboy rayon İcra Hakimiyyətində keçirilən vətəndaş qəbulu zamanı bir qrup Qızılhacılı qəsəbə sakini qəsəbənin bir hissəsini elektrik enejisi ilə təmin edən transformatorun zəif olması səbəbindən elektrik enerjisi ilə təminatda çətinliklərlə üzləşdiklərini bildirərək köməklik göstərilməsini xahiş etmişdilər. Rayon İcra Hakimiyyətinin müraciəti əsasında, Azərişıq ASC tərəfindən 250 kVA transformator yeni 400 kVA transformatorla əvəz olundu.








