Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi

29 noyabr 2024 | 13:13

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə  Başçı yanında Şuranın növbəti iclası keçirildi.  İclasda, rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun xidmət sahələrinin rəhbərləri, RİH yanında İctimai Şuranın üzvləri, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələr, rayonda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri və bir qrup rayon fəalları iştirak etdilər. İclasdan öncə, rayonda fəaliyyət göstərən  “Regin Agro”-nun istehsal etdiyi kənd təsərrüfatı məhsulları  nümunələrinə baxış keçirildi. Şurada, “Goranboy rayonunun sosial-iqtisadi sahəsində cari ilin 10 ay ərzində görülmüş işlərin yekununa dair hesabat” dinlənildi, “Goranboy rayonunda aqrar sahədə (payız əkinləri ilə əlaqədar) görülmüş işlər haqqında”, “Goranboy rayonunda qanunsuz tikintilərlə bağlı görülmüş işlər barədə”, “Goranboy rayon İcra Hakimiyyətində vətəndaş müraciətlərinə baxılması haqqında”, “Rayon İcra Hakimiyyəti Başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi tərəfindən ərazilərdə aparılan işlər haqqında”. “Rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi tərəfindən ərazidə aparılan işlər haqqında” və “Qış mövsümünə hazırlıq barədə”  məsələlər geniş müzakirə edildi.  Qeyd olunan sahələrdə müvafiq işlərin gələcəkdə də  icrasını təmin etmək məqsədi ilə İcra Başçısı tərəfindən müvafiq tapşırıq və tövsiyyələr verildi.

Keçidlər