Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi

12 iyul 2024 | 15:14
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə rayonun digər rəhbər şəxslərinin, xidmət sahələri rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndələrin və yerli bələdiyyələrin iştirakı ilə İcra Hakimiyyəti Başçısı yanında Şuranın növbəti iclası keçirildi.
Şura iclasında, “Goranboy rayonunun 2024-cü ilin 1-ci yarımili ərzində sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafı sahəsində görülmüş işlərlə bağlı”, “Rayonda humanitar sahədə aparılan işlərin təhlili barədə”,“Rayonda qanunsuz tikintilərin qarşısının alınması ilə əlaqədar görülən tədbirlər barədə”, “Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə və şikayətlər barədə” və “Goranboy rayonu ərazisində əsas turizm marşurutları üzrə yolkənarı obyektlərin abadlaşdırılması işləri barədə” məsələlər geniş müzakirə edildi. İcra başçısı müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıq və tövsiyyələrini bildirdi.
Keçidlər