Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı “Umut Agro” MMC kənd təsərrüfatı texnikalarının satışı və servis xidməti mərkəzində oldu.

09 oktyabr 2021 | 02:02

Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev rayonun Muzdurlar kəndində fəaliyyət göstərən ““Umut Agro” MMC kənd təsərrüfatı texnikalarının satışı və servis xidməti mərkəzində oldu.
İcra Başçısı burada mövcud kənd təsərrüfatı texnikaları və digər texniki ləvazimatlarla tanış oldu, texnikaların fermerlərə hansı şərtlərlə satılması qaydaları ilə maraqlandı. “Umut Agro” MMC kənd təsərrüfatı texnikalarının satışından başqa innovativ suvarma sistemlərinin fermerlərə çatdırılması və quraşdırılmasını təmin etməklə yanaşı eyni zamanda kompleks heyvandarlıq fermalarında heyvandarlığın mexanikləşdirilməsi üçün tələb olunan avadanlıqların və texnikaların da fermerlərə çatdırılmasını təmin edir. “Umut Agro” MMC-nin rəhbəri Fərid Əkbərov icra başçısına “Umut Agro” MMC-nin istehsal etdiyi kənd təsərrüfatı texkinalarının sərgilərədə nümayiş etdiriləcəyi barədə məlumat verdi.

 

Keçidlər