Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Heydər Əliyev mərkəzində Vətən müharibəsi Qazilərimizlə görüş keçirildi.

16 dekabr 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  rayonun digər rəhbər şəxsləri və ictimai fəallarla birgə, Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız  cənab İlham Əliyevin siyasi iradəsi  və rəhbərliyi altında  Qarabağın düşmən işğalından azad edilməsi uğrunda aparılan və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən müharibəsində iştirak edərək Qazi adını almış Goranboylu döyüşçülərlə görüş keçirdi. Görüş iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir rayonun Heydər Əliyev mərkəzində davam etdirildi. Tədbirdə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Qazilərimizin sosial qayğıları ilə maraqlanan İcra Başçısı səsləndirilən məsələlərin  operativ həlli ilə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə müvafiq tapşırıq və tövsiyyələrini bildirdi. İcra  Başçısı Qazilərimizi və onların ailə üzvlərini qarşıdan gələn “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”   və Yeni təqvim ilinin-2022-ci ilin gəlişi münasibəti ilə də təbrik etdi. Tədbirin sonunda xatirə fotosu çəkildi.

 

 

Keçidlər