“Goranboy rayon Elektrik Şəbəkəsinin fəaliyyət istiqamətləri və rayonun enerji təminatında rolu” mövzusunda seminar keçirildi
13 oktyabr 2025 | 11:37
Goranboy rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Goranboy rayon Elektrik Şəbəkəsinin fəaliyyət istiqamətləri və rayonun enerji təminatında rolu” mövzusunda keçirilən tədbirdə çıxış edənlər qeyd etdilər ki, son illər Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə enerji sektorunda mühüm islahatlar həyata keçirilmiş, bərpa olunan enerji mənbələrinin tətbiqi və infrastrukturun yenilənməsi istiqamətində əhəmiyyətli nəticələr əldə olunmuşdur.








