Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Dəliməmmədli şəhər qəbirstanlığında şəhidlərimizin məzarları ziyarət olundu

06 oktyabr 2026 | 14:17

Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə rayon İcra Hakimiyyətinin başçısı birinci müavini Seymur Nazarov və hüququ mühafizə orqanlarının məsul əməkdaşları tərəfindən Dəliməmmədli şəhər qəbristanlığında şəhidlərimizin məzarları ziyarət edildi. Ziyarət zamanı şəhidlərin məzarları üzərinə gül dəstələri qoyularaq, onların əziz və unudulmaz xatirəsi ehtiramla yad edildi. Daha sonra şəhid ailələri ilə görüş keçirilərək onların sosial qayğıları və müraciətlərini dinlənildi.. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını ifadə etdilər.

Keçidlər