Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində qanunsuz zəbtlərə qarşı tədbirlər davam edir

28 oktyabr 2026 | 11:52
“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Aşağı Ağcakənd bələdiyyəsinin mülkiyyətində olan perspektiv inkişafı üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahələrinin qanunsuz zəbt edilməsi və hasarlanmasının qarşısının alınması məqsədilə müvafiq tədbirlər davam etdirilir.
Bu məqsədlə Aşağı Ağcakənd bələdiyyəsi tərəfindən qanunsuz zəbt edilmiş ərazilərdə hasarların sökülməsi istiqamətində işlər aparılır.
Görülən tədbirlərin əsas məqsədi perspektiv inkişaf üçün nəzərdə tutulmuş torpaq sahələrinin qorunması, ərazilərdən qanunvericiliyin tələblərinə uyğun istifadənin təmin edilməsi və qəsəbənin gələcək inkişaf planlarının həyata keçirilməsinə maneə yaradan halların aradan qaldırılmasıdır.
Keçidlər