Goranboy Olimpiya İdman Kompleksində Naftalan və Ağstafa komandaları arasında futbol üzrə Region liqasının ¼ (dörddə bir) oyununu keçirildi
08 may 2025 | 10:59
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, Goranboy rayon Olimpiya İdman Kompleksində keçirilən, Naftalan və Ağstafa komandaları arasında futbol üzrə Region liqasının ¼ (dörddə bir) oyununu izlədi. İcra Başçısı oyundan sonra hər iki komanda və onların ailə üzvləri ilə görüşdü, onlarla səmimi söhbətlər apardı. Meydanda apaılan səmimi görüş, sonra çay süfrəsi arxasında da davam etdirildi. Hər iki komandanın üzvləri, həmçinin Ağstafadan və Naftalandan gələn qonaqlar Goranboyda idmanın inkişafı ilə bağlı yaradılmış əlverişli şəraitdən, idmançılara göstərilən səmimi münasibətdən razı qaldıqlarını ifadə etdilər.