Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik ili" çərçivəsində, gənclər düşərgəsinin açılış mərasimi keçirildi

29 iyul 2025 | 14:30

Goranboyda, "Konstitusiya və Suverenlik ili" çərçivəsində, rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Goranboy Olimpiya İdman Kompleksində Qazax-Tovuz və Lənkəran-Astara regionlarından hər birindən 25 nəfər olmaqla, ümumilikdə: 50 gəncin iştirakı ilə təşkil olunan gənclər düşərgəsinin açılış mərasimi keçirildi. Tədbirdə, rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Mahmud Məmmədzadə və Goranboy rayonu üzrə gənclər və idman sektorunun müdiri Cəfər Verdiyev iştirak etdilər. Düşərgənin məqsədi region gənclərinin şəbəkələşməsi, bilik və bacarıqlarının artırılması, birlik və həmrəylik ruhunun yüksəldilməsidir.

Keçidlər