Goranboy Olimpiya İdman Kompleksində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMADA birgə, “Dopinqə qarşı mübarizə” mövzusunda maarifləndirici regional tədbir keçirdi.
24 oktyabr 2022 | 10:15
Goranboy Olimpiya İdman Kompleksində, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və AMADA birgə, “Dopinqə qarşı mübarizə” mövzusunda maarifləndirici regional tədbir keçirdi. Tədbirdə Gənclər və İdman Nazirliyinin Goranboy, Gəncə, Mingəçevir, Bərdə, Göygöl və Naftalanda yerləşən uşaq-gənclər idman məktəblərindən idmançıları, məşqçiləri və idman həkimləri iştirak etdilər. İştirakçılara, antidopinq bilikləri, o cümlədən bu sahədə qayda pozuntuları, onun hüquqi nəticələri və test nümunəsi götürülməsi prosesi haqqında məlumat verildi.