Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy ictimaiyyətinə ağır itki üz verib.

01 iyul 2024 | 11:33

Goranboy rayon İcra  Hakimiyyətinin  məsul əməkdaşı, rayonumuzun  ictimai-siyasi həyatında fəal iştirak etmiş,  1960-cı il təvəllüdlü Alxasov Vahid Feyruz oğlu vəfat etmişdir.

Vahid  Alxasov  müxtəlif vəzifələrdə, o cümlədən Mübariz qəzetinin redaktor müavini, rayon İcra Hakimiyyəti başçısı aparatının Mülki Müdafiə Qərargahının rəisi, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi vəzifələrində çalışmış, kollektiv arasında ağsaqqallıq mövqeyi ilə seçilmiş və ictimaiyyət arasında hörmət qazanmışdı.

 Rayon İcra Hakimiyyətinin kollektivi  adından ailəsinə başsağlığı veririk. Allah rəhmət eləsin.

Keçidlər