Goranboy bələdiyyəsi mülkiyyətinə məxsus olan örüş otlaq sahəsinin qanunsuz çəpərlənməsi halının qarşısı alındı
15 may 2025 | 11:43
Goranboy-Qızılhacılı avtomobil yolunun kənarında Goranboy bələdiyyəsi mülkiyyətinə məxsus olan örüş otlaq sahəsinin, Goranboy şəhər sakini Tağıyev Vüsal Arzu oğlu tərəfindən qanunsuz çəpərlənməsi halının qarşısı alındı. Bununla bağlı, aidiyyəti məsul şəxslərin iştirakı ilə vətəndaşla yerində proflaktik söhbət aparıldı, mövcud qanunvericiliyin tələbləri ona izah edildi və gələcəkdə bele halların baş verəcəyi təqdirdə, qanunamüvafiq inzibati tədbirlərin görüləcəyi bildirildi.