Goranboy avtomobil yollarında yol nişanlanması işləri aparılır
14 sentyabr 2026 | 17:44
Goranboy rayonunda yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi və nəqliyyatın hərəkətinin daha səmərəli təşkili məqsədilə avtomobil yollarında yol nişanlanları (zolaqların çəkilməsi) yenilənir. Aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində ayırıcı və istiqamətləndirici xətlər, həmçinin piyadaların təhlükəsiz keçidini təmin edən nişanlanmalar yenilənir. Görülən tədbirlər sürücülərin və piyadaların təhlükəsizliyinin artırılmasına, yol-nəqliyyat hadisələrinin qarşısının alınmasına və yol infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına xidmət edir. Yol nişanlanlarının yenilənməsi işlərinin mərhələli şəkildə rayonun digər ərazilərində də davam etdirilməsi nəzərdə tutulur.








