Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy-Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işləri başa çatdırılıb

26 avqust 2025 | 11:16

Goranboy rayon İcra Hakimiyyətinin təşəbbüsü, şəhid ailələrinin “Azəravtoyol” ASC rəhbərliyinə birgə müraciəti və Səfikürd bələdiyyəsinin təşkilatçılığı əsasında, Goranboy-Aşağı Ağcakənd avtomobil yolundan Səfikürd kənd tam orta məktəbinə gedən avtomobil yolunun asfaltlaşdırılması işləri başa çatdırılıb. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  aparılan işlərlə bir daha yerində tanış oldu, bir qrup kənd sakinləri, o cümlədən: şəhid ailələri, ağsaqqallar, ziyalılar və gənclərlə görüşdü, onlarla səmimi söhbət etdi. Kənd sakinləri görülən işlərə görə dövlət başçısı, prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər