Şriftin ölçüsü :

Saytın rəngi :

"Goranboy 2026-Gənclər Paytaxtı" ümumrayon tədbirləri çərçivəsində, Heydər Əliyev Mərkəzində bir qrup fəal gənclərlə görüş keçirildi

12 fevral 2026 | 10:11

"Goranboy 2026-Gənclər Paytaxtı" ümumrayon tədbirləri çərçivəsində, Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə  bir qrup fəal gənclərlə keçirilən görüşdə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin rəisi Elşən Hüseynov, YAP rayon təşkilatının sədri Samir Qocayev iştirak etdilər. Tədbir iştirakçıları öncə, Ümummilli Liderimizin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etilər. Sonra Heydər Əliyev Mərkəzində davam etdirilən və qarşılıqlı diskusiya şəraitində keçirilən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər