"Goranboy 2026-Gənclər Paytaxtı" ümumrayon tədbirləri çərçivəsində "Gənc Coğrafiyaçılar" adlı bilik yarışı keçirildi
Goranboy rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, YAP Goranboy rayon təşkilatı, Goranboy Gənclər evi və Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Goranboy şəhər 1 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında "Goranboy 2026-Gənclər Paytaxtı" ümumrayon tədbirləri çərçivəsində "Breyn rinq" formatında "Gənc Coğrafiyaçılar" adlı intellektual bilik yarışı keçirildi. Bilik yarışında 75 nəfər gənc olmaqla ümumilikdə 13 komanda qalibiyyət uğrunda mübarizə apardılar. Yarışın yekun nəticəsinə əsasən, Sarov kənd tam orta ümumtəhsil məktəbinin "Zəfər" komandası I yerin, Xan Qərvənd kənd tam orta ümumtəhsil məktəbinin "Zəfər Yolu" komandası II yerin, Rəhimli kənd tam orta ümumtəhsil məktəbinin "Xəzər" komandası isə III yerin qalibi oldu. Yer tutmuş komandalar kubok və medallarla mükafatlandırıldılar.








