Şriftin ölçüsü :

Saytın rəngi :

“Goranboy 2026-Gənclər Paytaxtı" münasibəti ilə konsert proqramı təşkil olundu

04 fevral 2026 | 12:20

Goranboy rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin  birgə təşkilatçılığı ilə Goranboy rayonunun 2026-cı il üçün "Gənclər Paytaxtı" seçilməsi münasibətilə  ilə keçirilən ümumrayon tədbirləri çərçivəsində Goranboy şəhəri Heydər Əliyev parkında təşkil olunan konsert proqramında rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Gənclər və İdman Naziri Fərid Qayıbov, Naxçıvan Gənclər və İdman Naziri Səlahiyyətlərini icra edən Mirməcid Seyidov, Sumqayıt şəhər İcra Hakimiyyəti başısının birinci müavini Teymur Səmədov,  Milli Məclisin deputatı Müşfiq Cəfərov, YAP Gənclər Birliyinin nümayəndəsi Emil Aslanlı, rayonumuzun digər rəhbər şəxsləri,  rayon ictimaiyyətinin nümayəndələri, respublikamızın və rayonumuzun çoxsaylı gəncləri iştirak etdilər.  Tədbirdə tanınmış müğənnilər, estrada ulduzları Sevda Yahyayeva və Elçin Cəfərovun  ifasında musiqi proqramı, Goranboy şəhər Uşaq İncəsənət Məktəbinin rəqs qrupunun təqdimatında rəqs nümunələri,  DJ performansı və sonda atəşfəşanlıq nümayiş etdirildi.

Keçidlər