"Goranboy 2026-Gənclər Paytaxtı" layihəsi çərçivəsində "Şahin" hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi.
Goranboy Rayon İcra Hakimiyyəti, Goranboy Olimpiya İdman Kompleksi və Goranboy-Naftalan rayonları üzrə Təhsil sektorunun dəstəyi, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin X və XI sinif şagirdlərindən ibarət komandalar arasında "Goranboy 2026-Gənclər Paytaxtı" layihəsi çərçivəsində “Şahin” hərbi-idman oyunu üzrə Goranboy rayon birinciliyi keçirildi. Tədbirdə Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzi, Goranboy UGİM, Goranboy UGİŞM, Goranboy-Naftalan rayonları üzrə təhsil sektoru, SHXÇDX-nın Goranboy rayon şöbəsinin əməkdaşları, yarışın hakimləri və hərbi-hazırlıq müəllimləri iştirak etdilər.Birincilikdə Goranboy rayon ümumtəhsil məktəblərindən 36 komanda olmaqla 497 nəfər şagird qalibiyyət uğrunda mübarizə aparmışdır.Yarışda birinci yeri qazanmış komanda "Şahin" hərbi-idman oyunu üzrə zona mərhələsində Goranboy rayonunu təmsil etmək üçün vəsiqə qazanır.








