Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində, "8 Noyabr – Zəfər Günü" münasibəti ilə gənclər arasında "Kahoot" platforması üzərindən “Milli rəmzlər" üzrə intellektual müsabiqə təşkil olundu
Goranboy Rayon İcra Hakimiyyəti, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Goranboy rayonu üzrə gənclər və idman sektoru, Goranboy Gənclər evi, Goranboy-Naftalan rayonları üzrə Təhsil sektoru və ETİHİ Goranboy Rayon Komitəsinin birgə təşkilatçılığı Goranboy Olimpiya İdman Kompleksinin akt zalında Goranboy 2026 – Gənclər Paytaxtı” layihəsi çərçivəsində, "8 Noyabr – Zəfər Günü" münasibəti ilə gənclər arasında "Kahoot" platforması üzərindən “Milli rəmzlər" üzrə intellektual müsabiqə keçirildi. Tədbirdə çıxış edən natiqlər 8 Noyabr – Zəfər Gününün Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindəki xüsusi yerindən, 44 günlük Vətən müharibəsində nümayiş etdirilən milli birlik, həmrəylik və əzmkarlıq nümunəsindən bəhs edərək gənclərin bu dəyərləri dərindən mənimsəməsi, tariximizi və milli irsimizi öyrənməsi, ölkəmizin gələcəyində fəal vətəndaş kimi iştirak etməsinin vacibliyi vurğulanıb. Tədbir çərçivəsində Kahoot platformasında keçirilən müsabiqədə gənclər milli rəmzlərimiz və dövlətçilik tariximizlə bağlı biliklərini nümayiş etdirdilər. Ümumtəhsil məktəblərinin IX, X, XI sinif şagirdlərindən ibarət 14 komandanın iştirakı ilə gərgin və maraqlı keçən mübarizənin sonunda qalib komandalar diplom və qiymətli hədiyyələrlə mükafatlandırıldı.








