Şriftin ölçüsü :

Saytın rəngi :

"Goranboy 2026-Gənclər Paytaxtı" çərçivəsində gənclərlə “İctimai Dialoq: Ağsaqqallar və Gənclər”adlı görüş keçirildi

22 may 2026 | 11:34

“Goranboy 2026 - Gənclər Paytaxtı” çərçivəsində Goranboy Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatı və Goranboy rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə rayon Ağsaqqalları ilə Gənclər arasında “İctimai Dialoq: Ağsaqqallar və Gənclər” adlı görüş keçirildi.Tədbirdə ağsaqqallarla gənclər arasında qarşılıqlı fikir mübadiləsi aparıldı, səmimi dialoq şəraitində gəncləri maraqlandıran müxtəlif mövzular ətrafında müzakirələr edildi. Gənclərə həyat təcrübəsi, milli-mənəvi dəyərlərin qorunması və vətənpərvərlik ruhunda formalaşmanın əhəmiyyəti barədə tövsiyələr verildi.

Keçidlər