Gəncə şəhəri Hərbi Hospitalında yaralı hərbiçilərimiz ziyarət olundu.
20 sentyabr 2022 | 09:11
Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxsləri 97 saylı Goranboy-Ağdam-Tərtər və 96 saylı Goranboy-Naftalan seçki dairələrindən Milli Məclisin deputatlarının köməkçiləri ilə birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı yaralanmış və hazırda Gəncə şəhəri Hərbi Hospitalında müalicə alan goranboylu hərbiçilərimiz, Tatarlı kəndindən Həsənəliyev Surət Sabir oğlunu, Cinli Zeynallı kəndindən Əsgərov Zaman Elman oğlunu və Xoylu kəndindən Abdullayev Ramin Etibar oğlunu ziyarət etdilər.