Şriftin ölçüsü :

Saytın rəngi :

Gəncə Apellyasiya Məhkəməsinin sədri Goranboyda vətəndaşları qəbul etdi.

11 iyun 2022 | 10:06

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, bu zaman ədalət prinsipinin tam təmin olunması məqsədi ilə vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.  Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu qrafikinə uyğun olaraq 10 iyun 2022-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov  Goranboy rayonunda Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul etdi. Qəbuldan öncə, Gəncə Apellyasiya Məhkəməsinin sədri Mirbahəddin Hüseynov və Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra rayon Məhkəməsinin inzibati binasında vətəndaşlar qəbul edildi, onların müraciətləri dinlənildi.

Keçidlər