Şriftin ölçüsü :

Saytın rəngi :

Fəxralı kəndindən Vətən müharibəsi Şəhidimiz mayor Quliyev İlqar Akif oğlunun məzarı və ailəsi ziyarət edildi.

30 sentyabr 2022 | 15:13

Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları, YAP rayon fəalları, Şəhid ailələri və Qazilər Fəxralı kəndindən Quliyev İlqar Akif oğlunun, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalmasının 2-ci ildönümündə, Fəxralı kənd Şəhidlər Xiyabanında məzarını və sonra ailəsini evində ziyarət etdilər. Şəhidimizin ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı.

Keçidlər