Fəxralı kəndindən Vətən Müharibəsi şəhidimiz mayor İlqar Quliyevin ildönümündə məzarı ziyarət olundu.
30 sentyabr 2024 | 12:41
Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup Şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə, Fəxralı kəndindən Vətən Müharibəsi şəhidimiz mayor Quliyev İlqar Akif oğlunun məzarını ildönümü ilə bağlı ziyarət etdilər. Şəhidimizin məzarı üzərinə tər güllər qoyuldu, ruhuna dualar oxundu, əziz xatirəsi ehtiramla anıldı.