Şriftin ölçüsü :

Saytın rəngi :

Fəxralı kəndində deputat Anar Məmmədovun dəstəyi ilə 30 tonluq su çəni istifadəyə verildi, Qurban bayramı ilə bağlı 700 ailəyə sovqat paylandı və 400 nəfərlik bayram süfrəsi təşkil olundu.

01 iyul 2023 | 09:57

Goranboy rayonunun  Fəxralı kəndində sakinlərin içməli su təminatının yaxşılaşdırılması üçün  Milli Məclisin deputatı Anar Məmmədovun dəstəyi ilə quraşdırılmış və 200 fərdi yaşayış evinə çəkilmiş su xəttlərini dayanıqlı su mənbəyi ilə təhciz edən 30 tonluq su çəni istifadəyə verildi.  Bununla bağlı, Fəxralı kəndində keçirilən tədbirdə deputat Anar Məmmədov, YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Ramil Mirzəyev, Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Şamxal Həsənov, rayonun bir qrup ictimai fəalları, şəhid ailələri, qazilər və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Həmçinin, Anar Məmmədov tərəfindən Qurban bayramı ilə bağlı 700 ailəyə qurban payı verildi və 400 nəfərlik bayram süfrəsi təşkil olundu.

Keçidlər