Fəxralı kənd sakinlərinin müraciəti yerində araşdırıldı.
01 noyabr 2024 | 12:24
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tərəfindən Fəxralı kəndində keçirilən vətəndaşların səyyar qəbulu zamanı, şəhid atası Bağırov Qasım Cəlil oğlunun, kənddə 1 ədəd subartezian quyusunun qazılmasına və Bayramova Almaz Zərqəm qızının, kənddə 06/288 reper nömrəli subartezian quyusunun bərpasına köməklik göstərilməsi barədə müraciətləri rayon İcra Hakimiyyətinin, rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin əməkdaşlarının və vətəndaşların birgə iştirakı ilə yerində araşdırıldı. Bu məqsədlə, ərizə ilə rayon Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinə müraciət etmələri vətəndaşlara tövsiyə olundu.