Şriftin ölçüsü :

Saytın rəngi :

Fəxralı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə illik hesabat iclası keçirildi.

03 fevral 2023 | 10:44

 “2022-ci ildə görülmüş işlər və 2023-cü ildə qarşıda duran vəzifələr”  ilə bağlı, inzibati ərazi dairələri üzrə icra nümayəndəliklərdə hesabat yığıncaqlarının keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyəti tərəfindən əvvəldən müəyyən edilmiş müvafiq Qrafikə uyğun olaraq,  Fəxralı kənd  inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə  hesabat iclası keçirildi. Hesabat iclasında rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul vəzifəli əməkdaşları,  yerli icra nümayəndəsi və bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət sahələrinin rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Hesabatda 2022-ci il  ərzində Ölkəmizin və rayonumuzun ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında əldə olunmuş nailiyyətlər və cari ildə həlli vacib məsələlər barədə məruzə edilmişdir. İnzibati ərazi dairəsi üzrə nümayəndəliyin və yerli bələdiyyənin illik hesabatları dinlənildikdən sonra hesabat ətrafında geniş müzakirələr aparıldı, yerli sakinlərin problem və təklifləri dinlənildi və ərazidə həlli vacib məsələlərlə bağlı, rayon İcra Hakimiyyəti Başçısı qarşısında təkliflərlə çıxış edilməsi məqsədəmüvafiq hesab edildi.

Keçidlər