Şriftin ölçüsü :

Saytın rəngi :

Əziz və Qəhrəman Goranboylular.

10 may 2023 | 09:24

Əziz və Qəhrəman Goranboylular.

10 may 2023-cü il tarixdə, saat 16:30-da Goranboy şəhəri Heydər Əliyev adına Parkda, Heydər Əliyev Mərkəzinin qarşısında, Azərbaycan xalqının Ümummilli Lideri, Müasir və Müstəqil Azərbaycan dövlətinin qurucusu, Dahi Şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş Yubiley  Tədbiri təşkil olunacaqdır.

Tədbirdə, respublikamızın tanınmış incəsənət ustaları  Elşad Qarayev, İlkin Əhmədov, Elçin Hüseynov, Mənzurə Musayeva, Bahar Lətifqızı, Seymur Məmmədov, Arif Nəbiyev və başqaları iştirak edəcək. Tədbirin aparıcıları Kəmalə Nazirqızı və Elçin İmandır. Tədbirin sonunda atəşfəşanlıq təşkil olunacaq.

Goranboy rayon İcra Hakimiyyəti hər birinizi tədbirə dəvət edir.

 

Keçidlər