Əlirzalı kəndində yaz mövsümündə sel daşqınlarının qarşının alınması üçün qabaqlayıcı tədbirlər görülür.
03 may 2024 | 14:13
Goranboy rayon İcra Hakimiyyəti başçısının Əlirzalı kəndində keçirilən səyyar qəbulu zamanı, vətəndaşlar kənd ərazisindən keçən İncə çayının qolu olan sel arxının təmizlənməsini xahiş etmişdilər Yaz mövsümündə sel daşqınlarının qarşının alınması üçün qabaqlayıcı tədbirlər görülməsi barədə RİH-nin başçısının tapşırığı əsasında, RİH-nin və aidiyyəti xidmət sahələrinin məsul şəxslərinin birgə iştirakı ilə əraziyə baxış keçirilib və hazırda Suvarma sistemləri idarəsi tərəfindən işlərə başlanılmışdır.