Düzqışlaq kəndindən olan yaralı hərbiçimizin ailəsi ziyarət edildi.
23 sentyabr 2022 | 10:20
Goranboy rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndəsi ilə birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı yaralanmış və hazırda hərbi hospitalda müalicə alan Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Goranboy rayonu Düzqışlaq kəndində Əliyev Tural Əsgər oğlunun ailəsini ziyarət etdilər.