Düzqışlaq kəndindən olan yaralı hərbiçimiz evində ziyarət edildi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri və bir qrup ictimai fəalla birgə, 12-13.09.2022 ci il tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı təxribatının qarşısının alınması zamanı yaralanmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu, Goranboy rayonu Düzqışlaq kəndindən Əliyev Tural Əsgər oğlunu bu dəfə evində ziyarət etdi.
Bildiririk ki, bir müddət əvvəl Bakı şəhəri Mərkəzi Hərbi Klinik Hospitalında müalicə alan Əliyev Tural Əsgər oğlunu və onunla bərabər müalicə alan digər Goranboylu döyüşçülərimizi, İcra başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatları Ağalar Vəliyev və Anar Məmmədov birgə, Hospitalda da ziyarət etmişdilər.