Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 05 oktyabr 2022-ci il tarixində Goranboy rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov 05 oktyabr 2022-ci il tarixində Goranboy rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Qəbulda Goranboy rayon sakinləri iştirak edə bilər.
Əlilliyin qiymətləndirilməsi, tibbi-sosial ekspertiza, reabilitasiya və qurumun fəaliyyət istiqamətlərinə dair məsələlərlə bağlı müraciətiniz varsa, 05 oktyabr 2022-ci il tarixinədək 1923 Çağrı Mərkəzinə zəng edə, dtsera@sosial.gov.az elektron poçt ünvanına yaza, eləcə də, DTSERA-nın sosial şəbəkə hesabları vasitəsi ilə müraciət edib qeydiyyatdan keçməklə qəbula yazıla bilərsiniz.
Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.