Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov Goranboyda vətəndaşları qəbul etdi.

26 yanvar 2023 | 15:35

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov bu gün Goranboy şəhəri Heydər Əliyev Mərkəzində Goranboy, Xocalı rayonlarından və Naftalan şəhərindən olan vətəndaşları qəbul etdi.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və  Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən, gömrük xidməti general-leytenantı Şahin Bağırov ilk olaraq, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər,  Heydər Əliyev Mərkəzində  Dahi Şəxsiyyətin həyat və dövlət idarəçiliyi fəaliyyətini özündə əks etdirən fotosərgiyə baxış keçirildi. Sonra Mərkəzdə vətəndaşlar qəbul edildi, onların müraciətləri dinlənildi.

Keçidlər