Dəliməmmədli şəhərində vətəndaşların müraciətləri əsasında, yolötürücünün nizamlanan hərəkətinin təşkil edilməsi üçün işıqfor quraşdırılır.
22 oktyabr 2024 | 10:37
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin Dəliməmmədli şəhərində keçirdiyi səyyar qəbulu zamanı, Bakı-Qazax avtomobii yolunun 338-ci kilometrində, Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində, yol ötürücüsü ilə Y.Rəhimov küçəsinin kəsişməsində, yolötürücünün nizamlanan hərəkətinin təşkil edilməsi üçün işıqforun quraşdırılması ilə bağlı, vətəndaşlar tərəfindən müraciətlər ünvanlanmışdı. Bununla bağlı, rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər ünvanlanmış, mövcud problemin müsbət həlli istiqamətində məsələ qaldırılmışdı. Artıq, problem öz müsbət həllini tapır, həmin ərazidə işıqforun quraşdırılması işləri aparılır.