Dəliməmmədli şəhərində abadlıq və yenidənqurma işləri davam etdirilir.
23 oktyabr 2023 | 10:13
Goranboy rayonunda aparılan genişmiqyaslı quruculuq, abadlıq, bərpa və yenidənqurma işləri çərçivəsində, Dəliməmmədli şəhərində də müvafiq işlər görülür, şəhərdaxili yollara asfalt örtüyü salınması ilə əlaqədar hazırlıqlar aparılır, su boruları və səki yan daşları yenilənir, yeni bardürlər düzülür. Hazırda şəhərin Ələs Rüstəmov, Əli Nəzmi, Nizami, Ənvər Fərəcov və Azərbaycan küçələrində əsaslı və genişmiqyaslı işlər həyata keçirilir.