Şriftin ölçüsü :

Saytın rəngi :

Dəliməmmədli şəhərində, “27 sentyabr Anım günü” ilə bağlı, Şəhid ailələri ilə görüş keçirildi.

26 sentyabr 2024 | 15:54

“27 sentyabr Anım günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə  Goranboy rayon İcra Hakimiyyətinin müvafiq Tədbirlər Planına əsasən, rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini Seymur Nazarov, rayonun xidmət sahələrinin rəhbərləri və  bir qrup  ictimai fəallar ilə birgə, Dəliməmmədli şəhərində Vətən Müharibəsi şəhidi Əliyev Sənan Ceyhun oğlunun ailəsinə məxsus həyətdə, Dəliməmmədli şəhəri, Fəxralı, Bağçakürd, Düzqışlaq, Qarasuçu və Muzdurlar kəndlərindən olan Şəhid ailələri ilə görüş keçirdi, şəhid ailələrinin sosial qayğıları ilə maraqlandı, onların təklif və müraciətlərini  dinlədi.

Keçidlər