Dəliməmmədli şəhəri ərazisində, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, ağac əkini işləri davam etdirilir.
25 oktyabr 2024 | 11:17
Goranboyda, "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində, yolkənarı ərazilərin abadlaşdırılması məqsədi ilə həyata keçirilən genişmiqyaslı ağacəkmə işləri davam etdirilir. Bu məqsədlə, Dəliməmmədli şəhəri ərazisində növbəti kütləvi ağac əkini işləri həyata keçirildi. Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə, ağac əkinində yaxından iştirak etdi.