Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə hesabat iclası keçirildi
Dəliməmmədli şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə 2024-cü il ərzində görülmüş işlər, mövcud problemlər və cari ildə qarşıda duran vəzifələr barədə keçirilən hesabat iclaslarında, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, inzibati ərazi dairəsi üzrə nümayəndə, yerli bələdiyyə, ərazidə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyətinin nümayəndələri iştirak etdilər. İclasda, ilk olaraq, 2024-cü il ərzində rayonun ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafı sahəsində görülmüş işlər barədə rayon İcra Hakimiyyətinin məsul əməkdaşının çıxışı, inzibati ərazi dairəsi üzrə nümayəndənin hesabat məruzəsi, sonra hesabat məruzəsi ətrafında sakinlərin fikirləri, əsas həlli vacib problemlər və təkliflər dinlənildi.