Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısının birinci müavini Seymur Nazarovun rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə, mövcud qanunvericiliyin tələblərinə uyğun baxılmasının, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsinin təmin edilməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, o cümlədən çiyid və tütün əkini, baramanın saxlanılması vəziyyəti, əkin sahələrinin suvarma suyu ilə təminatı, bütün yaşayış məntəqələrində, yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi.