Borsunlu kəndindən Vətən Müharibəsi şəhidimiz Qurbanov Cahangir Məhəmməd oğlunun ildönümündə məzarı ziyarət olundu.
29 sentyabr 2024 | 17:21
Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup Şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə Vətən Müharibəsi Şəhidimiz Qurbanov Cahangir Məhəmməd oğlunun məzarını ildönümü ilə bağlı ziyarət etdilər. Şəhidimizin məzarı üzərinə tər güllər qoyuldu, ruhuna dualar oxundu, əziz xatirəsi ehtiramla anıldı.