Borsunlu kəndində suvarma suyu ilə bağlı, sakinlərin müraciətlərinə yerində baxıldı.
Goranboy rayonu Borsunlu kəndindən bir qrup sakinlərin suvarma suyu ilə bağlı, ərazidə mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə rayon İcra Hakimiyyətinə ünvanladıqları müraciət, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon suvarma sistemləri idarəsinin müdiri və inzibati ərazi dairəsi üzrə nümayəndənin birgə iştirakı ilə yerində araşdırıldı. Mövcud su ehtiyyatlarından səmərəli istifadə etməklə, sakinlərin əkin sahələrinə suvarma suyunun verilməsi təmin edildi.
Ümumilikdə, Goranboy rayonunda əkin sahələrinin suvarılması işinin təşkili, mövcud su ehtiyyatlarından səmərəli istifadənin təmin edilməsi birbaşa rayon İcra Hakimiyyətinin nəzarətində saxlanılır. Bu məqsədlə yaradılmış xüsusi mobil qruplar tərəfindən yerlərdə müvafiq tədbirlər həyata keçirilir.