Boluslu kəndindən ünvanlanan vətəndaş müraciətləri yerində araşdırıldı
06 fevral 2025 | 09:52
Goranboy rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Boluslu kəndində keçirilən vətəndaşların səyyar qəbulu zamanı, kənd sakinləri Qurbanov Valeh Muxtar oğlunun və Məmmədov Müşviq Eldar oğlunun, əkin sahələrinin qurunt sularından və suvarma arxlarının lildən təmizlənməsi ilə bağlı müraciətləri əsasında, Goranboy RİH və Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi əməkdaşlarının birgə iştirakı ilə yerində baxış keçirildi. Mövcud problemin aradan qaldırılması məqsədilə Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən qısa müddətdə təmizlənmə işlərinə başlanılacaqdır.