Boluslu kəndində vətəndaşların müraciəti əsasında, suvarma arxının lil və kol-kosdan təmizlənməsi işləri aparılmışdır.
31 yanvar 2025 | 18:09
Goranboy rayon İcra Hakimiyyətinin başçısı tərəfindən, Boluslu kəndində keçirilən səyyar qəbul zamanı, vətəndaşların etdiyi müraciət həll olundu. Boluslu kəndi ərazisində Su Melorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən suvarma arxının lil və kol-kosdan təmizlənməsi işləri aparılmışdır.