Balakürd kəndindən Vətən Müharibəsi şəhidimiz Şaməddin Əliyevin ildönümündə məzarı ziyarət olundu.
30 sentyabr 2024 | 14:40
Goranboy rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, bir qrup Şəhid ailələri, müharibə iştirakçıları və ictimai fəallarla birgə, Balakürd kəndindən Vətən Müharibəsi şəhidimiz Əliyev Şaməddin Qafqaz oğlunun məzarını ildönümü ilə bağlı ziyarət etdilər. Şəhidimizin məzarı üzərinə tər güllər qoyuldu, ruhuna dualar oxundu, əziz xatirəsi ehtiramla anıldı.