Balakürd kəndindən Vətən müharibəsi Şəhidimiz Əliyev Şaməddin Qafqaz oğlunun məzarı və ailəsi ziyarət edildi.
30 sentyabr 2022 | 15:02
Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli əməkdaşları, YAP rayon fəalları, Şəhid ailələri və Qazilər Balakürd kəndindən Əliyev Şaməddin Qafqaz oğlunun, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün təmin olunması uğrunda aparılan döyüşlərdə Şəhidlik zirvəsinə ucalmasının 2-ci ildönümündə, Balakürd kənd Şəhidlər Xiyabanında məzarını və ailəsini ziyarət etdilər. Şəhidimizin ruhuna dualar edildi, əziz xatirəsi ehtiramla anıldı.