“Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının iştirakçıları Goranboy rayonunun ərazisindən keçdilər
13 may 2026 | 14:23
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışının iştirakçıları dördüncü mərhələ çərçivəsində may ayının 13-də Goranboy rayonunun ərazisindən keçdilər.
Yarış iştirakçılarının rayon ərazisindən keçidi böyük coşqu ilə qarşılandı.
Qeyd edək ki, “Bakı–Xankəndi” Azərbaycan velosiped yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda mübarizə aparır. Yarış beş mərhələdən ibarətdir və dördüncü mərhələ 152,7 kilometr məsafəni əhatə edir. Veloyürüşə mayın 14-də Xankəndi şəhərində yekun vurulacaq.








