Bahar Muradova Goranboyda vətəndaşların müraciətlərini dinləyəcək.
11 mart 2024 | 11:34
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova martın 13-də saat 11:00-da Goranboy rayonu Heydər Əliyev Mərkəzində vətəndaşların müraciətlərini dinləyəcək, Naftalan şəhəri, Goranboy və Xocalı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.